Naxçıvanda içində 9 min manatdan çox pul olan ödəmə terminalını oğurlayan şəxs saxlanılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda içində 9 min manatdan çox pul olan ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, rayon ərazisində yerləşən mağazaların birinin qarşısından içərisində 9 min 503 manat olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: