Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanılıb

A- A A+

Əvvəllər məhkum olunan İlham Süleymanov Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, İ.Süleymanovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: