Ailə kəndli təsərrüfatının hüquqları

A- A A+

Son illər Naxçıvan Muxtar Respublikasında Ailə kəndli təsərrüfatları sürətlə inkişaf edir. Muxtar respublikada hazırda 800-dən artıq ailə təsərrüfatı var. Ənənə qədim olsa da müasir qanunvericilikdə edilən yeniliklər ailə təsərrüfatlarının bir subyekt kimi hüquqlarının  tənzimlənməsini də nəzərdə tutur.

Bəs Ailə kəndli təsərrüfatının hansı hüquqları vardır?

NUHÇIXAN-ın ünvanlandığı bu sualı Naxçıvan Muxtar Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti belə cavablandırıb:

-Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqlar vardır:

torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək;

bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqlarının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən torpaq və əmlakı satin almaq və ya icarəyə götürmək;

müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq;

müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq:

qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımları almaq;

qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq.

Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: