Baharın gözəlliklərini daha yaxşı duya bilmək üçün…

A- A A+

Yaz fəsli insanlara sevinc, xoş ovqat gətirməklə yanaşı, sağlamlığımızda müəyyən problemlər də yaradır. Belə ki, «qanın oyanan vaxtında» bir çox insanlarda baş ağrıları, yorğunluq, süstlük müşahidə olunur, iqlimin dəyişdiyi ərəfədə müəyyən xəstəliklər baş qaldırır. Lakin bu, çox da qorxulu deyil. Həyat tərzinizdə, qida rasionunuzda aşağıdakı kiçik dəyişiklikləri etsəniz, baharı sağlam və gümrah ovqatla qarşılayacaqsınız:

- İqlim dəyişməsində, xüsusilə qış fəslindən yaz fəslinə keçid ərəfəsində orqanizmin vitaminlərə tələbatı artır. Bu səbəbdən də ilk növbədə orqanizminizi vitaminlərlə zənginləşdirin ki, bədəninizin müqaviməti, immun sistemi güclənsin;

- Tərkibində kofein olan içkilərdən az istifadə edin. Çalışın ki, hər gün 7-8 fincan adi qazsız su qəbul edəsiniz. 1-2 gün buna əməl etsəniz, sonradan bu vərdiş halına çevriləcək;

- Yaz fəslində yuxu rejiminə riayət etmək vacib şərtlərdəndir. Bir gün ərzində 7-8 saat yuxunun təmin olunması gümrahlığınız və xoş əhvalınız üçün zəmanətdir;

- Xüsusilə, səhərlər mədənizi ağır qidalarla yükləməyin. Yüngül sıyıqlar və meyvə şirələri daha çox məsləhətdir;

- Özünüzü məcbur edin ki, oturaq həyat tərzində bir az dəyişiklik edəsiniz. Gəzintiyə çıxmağa tənbəllik edəndə sadəcə bir şeyi düşünün ki, çöldə bahar təravətli hava var;

- Dərinizi və gözlərinizi yaz Günəşindən qoruyun. Gəzinti üçün səhər və axşam saatlarında vaxt ayırın;

- Çalışın ki, qida rasionunuzda yağlılığı az olan ağartı məhsulları, mövsümə uyğun meyvə və tərəvəzlər üstünlük təşkil etsin;

- Stresdən və gərginlikdən uzaq olmaq üçün istirahətə və əyləncəyə vaxt ayırmağı unutmayın.

Deyilənlərə əməl etməklə hər biriniz doğmalarınızla birgə bahar fəslinin bütün gözəlliklərini sağlam və şən əhvalda duya bilərsiniz.

 

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: