NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən vətəndaşların növbəti qəbulu keçiriləcək.
Qəbul 2026-cı il martın 2-də Şərur Rayon Polis Şöbəsinin inzibati binasında saat 10:00-da baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 02 mart 2026-cı il tarixinədək Şərur Rayon Polis Şöbəsinə, eləcə də Naxçıvan MR DİN-in sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.
