Naxçıvanda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTOLAR

A- A A+

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan–Şərur magistral yolunun ətraf ərazilərində və “Gənclər bağı”nda ağacəkmə və təmizlik aksiyaları təşkil olunub. Aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi və könüllü gənclər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aksiya çərçivəsində ərazilər tullantılarından təmizlənib, ümumilikdə 120 ədəd tut və iydə tingi əkilib, abadlıq və səliqə-səhman işləri aparılıb.

Aksiyaların əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini anmaq, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq və regionda yaşıllıqların genişləndirilməsinə töhfə vermək olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: