Türkiyənin üç şəhərində azərbaycanlılar üçün iftar süfrələri təşkil ediləcək

A- A A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə martın 2-6-da Türkiyədə yaşayan azərbaycanlılar üçün İstanbul, Qars və İğdır şəhərlərində iftar süfrələri təşkil olunacaq.

Bu barədə NUHÇIXAN-a qurumdan məlumat verilib.

Bildirilib ki, xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması istiqamətində sosial layihə kimi nəzərdə tutulan iftar süfrələri həmvətənlər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, Azərbaycan dövləti ilə əlaqələrinin gücləndirilməsinə, Ramazan ayının fəlsəfəsinə əsaslanan mənəvi-əxlaqi dəyərlərin təşviqinə, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına xidmət edir.

Tədbirlərdə azərbaycanlılarla yanaşı, Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də dini icmaların rəhbər və təmsilçiləri iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: