Hava limanları üçün təhlükəsizlik zonalarının yaradılmasına hüquqi əsas formalaşdırıldı

A- A A+

Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması, yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti yaranır.

Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, layihədə dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və aerodromların inşasının torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi təklif olunur.

Sənəddə, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.5-ci maddəsindən irəli gələrək, uyğunlaşdırma çərçivəsində Mülki Məcəllənin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözləri əlavə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: