Yevlaxda 5 kiloqram narkotik vasitə aşkarlanıb

A- A A+

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.

DİN-dən NUHÇIXAN-a bildirilib ki, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: