Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Şahbuz rayonunda 4 sm, Kəngərli rayonunda 1 sm, Şərur rayonunun Axura kəndində 3 sm, Şahbuz rayonunun Kükü kəndində 68 sm, Biçənək kəndində 33 sm, Culfa rayonunun Göydərə kəndində 1 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 34 sm təşkil edir. Parağaçay Qar Uçqunu Stansiyasının 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 sm qeydə alınıb.
Hazırda qar yağışı müşahidə olunmur.
