Bakıdan yola düşən avtobus Naxçıvana çatıb

A- A A+

Xəbər verildiyi kimi, Yaxın Şərqdə baş verən son hadisələr fonunda təhlükəsizlik məqsədilə İran İslam Respublikası ərazisindən həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reyslərinin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

NUHÇIXAN xəbər verir ki, dünən səhər saat 09:00-da Bakıdan yola düşən avtobus reysi artıq Naxçıvan Avtovağzalına çatıb.

Məlumata görə, reys təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilib. Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması təmin olunub.

Qeyd edək ki, marşrutun fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: