Ötən 3 ayda 257 nəfərə sertifikat verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin ötən 3 ayında qurum öz fəaliyyətini gücləndirib, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib. 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib və muxtar respublikada vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib.

Dövlət orqanlarında 305 vakant vəzifənin tutulması məqsədilə elan olunan müsabiqədə iştirak etmək üçün 583 nəfər sənəd təqdim edib. Keçirilən imtahanlardan sonra onlardan 99-u vakant vəzifəyə təyin olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün cari ilin 6 mart tarixində esse imtahanı keçirilib, iştirak edən 7 nəfərdən 6-sı uğur qazanıb. Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqə keçirilib. Çıxarılan 38 vakant vəzifədən 8-nin tutulması üçün 10 nəfər sənəd təqdim edib, onlardan 5-i müvafiq keçid balını toplayıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə keçirilən imtahanlarda 445 müəllim iştirak edib və 404-ü müvafiq keçid balını toplayıb.

Həmçinin vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 15 namizədin iştirakı ilə test imtahanları keçirilib, onlardan 5-i müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq 2019-cu ilin birinci rübündə keçirilmiş test imtahanlarında uğur qazanan 257 nəfərə sertifikat verilib.

Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında əvvəlki illərdən qalan 18 namizəddən 5-i cari ilin birinci rübündə işlə təmin olunub. Bundan başqa dövlət qulluğu, vergi, gömrük, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul üçün təşkil edilən hazırlıq kurslarında 67 nəfər iştirak edib.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər təşkil edilib. Komissiyanın İş planına uyğun olaraq 7-21 fevral tarixlərində “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 8 maarifləndirici seminar keçirilib, keçirilən seminarlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifə tutan 1032 dövlət qulluqçusu iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: