Elektron siqaretlərlə bağlı inzibati məsuliyyət sərtləşdirilir

A- A A+

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin martın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihə müvafiq Qanunla elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və ya pərakəndə satışı və ya istifadəsinin qadağan edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, qeyd olunan əməllər inzibati xəta hesab edilərək İnzibati Xətalar Məcəlləsinə “Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması” adlı yeni 212-1-ci maddə əlavə edilir.

Yeni maddədə qanunvericilikdə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə ilə bağlı cərimələrin tətbiqi, habelə elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması halında inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsi və cərimələrin tətbiq olunması nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: