Naxçıvan şəhərinin bəzi ərazilərində suyun verilişi dayandırılacaq

A- A A+

Martın 5-də Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.

NUHÇIXAN-ın məlumatına görə, magistral xətdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq şəhərin S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan küçələri, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra içməli suyun verilməsi gün ərzində əvvəlki rejimlə bərpa olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: