Saray qəsəbəsində 15 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

A- A A+

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Onun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: