Azyaşlıya yardım məqsədilə toplanan pulu talamaqda şübhəli bilinən şəxs saxlanılıb

A- A A+

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart hesabında toplanan pulu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

Keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.

O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: