Ötən ay 98 aptekdə yoxlama aparılıb

A- A A+

Bu ilin fevral ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 98 aptekdə yoxlama keçirib.

Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, həmin yoxlamalardan 23-ü Bakıda, 75-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə aparılıb.

Yoxlamaların 77-si planlı, 20-sı plandankənar, 1-i isə yoxlamadankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 31 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: