Tacikistan səfiri muxtar respublikaya səfərə gəlib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Heydər Əliyev Muzeyi və Biznes Mərkəzi ilə tanış olub.
İlk olaraq Tacikistanlı qonaq Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olub. Ulu öndərin 1990-93-cü illərdə Naxçıvandakı ictimai-siyasi fəaliyyəti, digər dövlətlərin başçıları ilə çəkilmiş fotoları, xatirə əşyaları və digər eksponatlar qonaqda maraq doğurub. Tacikistan Respublikasının səfiri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı diplomata burada sərgilənən muxtar respublikanın istehsalı olan məhsullar, iqtisadi sahədə əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verilib.
Turab Hacızadə