Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinəikinci oxunuşda olan  “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

İclasda qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif olmadığından layihə mövcud redaksiyada Ali Məclisin plenar iclasının ikinci oxunuşda müzakirəsinə təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: