Rusiyanın “Mədəniyyət” televiziyası  Naxçıvanda çəkilişlər aparıb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Rusiyanın “Mədəniyyət” televiziyasının Azərbaycan elmi haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi muxtar respublikada aparılıb. Əməkdaşlarımız verilişin çəkiliş prosesini izləyiblər.

Muxtar respublikada çəkilişlərinə aprelin 6-dan başlanılan verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur. İlk gün Heydər Əliyev muzeyi,  “Xan Sarayı” Dövlət Tarix Memarlıq Mömünə Xatın  və Açıq Səma altında muzey kompleksi, “Əshabi-Kəhf ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə çəkiliş heyəti “Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar. Tarixi abidələrdə çəkiliş aparan televiziyanın əməkdaşlarına muxtar respublikanın qədim tarixi və  adət ənənələri haqqında ətraflı məlumat verilib.

Çəkilişlər zamanı muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin elmi tarixi əsaslarla bərpa və təmir edilməsi önə çəkilib.

Qeyd edək ki, Rusiyanın “Mədəniyyət” televiziyasının Naxçıvanda apardığı  çəkilişlər bu gün də davam etdirilib. Qonaqlar AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ayrı-ayrı şöbə və laboratoriyalarında olub, çəkilişlər aparıblar. Çəkiliş qrupunun rəhbəri Marina Orlova Naxçıvan televiziyası üçün müsahibə verib.

Rusiyanın “Mədəniyyət” televiziyasının çəkiliş qrupu bu gün  həmçinin Naxçıvan teleradiosu ilə də tanış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: