DMX-yə ötən ay 5 mindən artıq zəng daxil olub

A- A A+

Cari ilin fevral ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) Çağrı Mərkəzinə daxil olan 5329 zəng cavablandırılıb.

Bu barədə NUHÇIXAN-a DMX-dən məlumat verilib.

Bildirilib ki, zənglərin 1777-si müvəqqəti yaşama icazəsi, 83-ü müvəqqəti olma müddətinin uzadılması, 328-i vətəndaşlıq məsələləri, 434-ü olduğu yer üzrə qeydiyyat, 366-sı daimi yaşama icazəsi, 813-ü iş icazəsi, 205-i inzibati xəta, 1323-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, Çağrı Mərkəzi Azərbaycan, rus və ingilis dillərində fasiləsiz fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: