Gürücstan Azərbaycanlıları Konqresi İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyib

A- A A+

“Martın 5-də saat 11 radələrində Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası İran tərəfindən hərbi hücumlara məruz qalıb. Naxçıvan hava limanı, Babək rayonunun Şəkərabad kənd məktəbi yaxınlığında dronların partlaması nəticəsində 4 nəfər xəsarət alıb. Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bu məlumatı ürək ağrısı ilə qarşıladıq”.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) İranın Naxçıvana hücumu ilə əlaqədar yaydığı etiraz bəyanatında əksini tapıb.

“Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bildirmək istəyirik ki, bu mənfur hücumu qardaş Azərbaycanın ərazi bütövlüyünə bir müdaxilə və Azərbaycan ərazilərinə hücum faktı kimi qəbul edirik. Bunu qəti şəkildə qınayırıq.

Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq Azərbaycanın yanında olduğumuzu, dəstəklədiyimizi bəyan edirik” – deyə, bəyanatda vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: