NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yaylaq mövsümündə yay-otlaq sahələrindən səmərəli istifadə edilməsi məqsədilə geobotaniki monitorinq aparılması və bitki örtüyünün mövcud vəziyyətinin ekoloji qiymətləndirilməsi işinə başlanılıb.
Təbii yem sahəsi olan yay-otlaq sahələrində monitorinqlərin keçirilməsi, heyvandarlıqla məşğul olan sahibkarlarla maarifləndirici tədbirlərin aparılması məqsədilə işçi qrupu yaradılıb. Qrup Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müvafiq əmrinə əsasən təşkil edilib.
İşçi qrupu AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları ilə birgə yay-otlaq sahələrində geobotaniki monitorinq aparır. Mövcud fauna və flora növlərinin ekoloji qiymətləndirilməsini həyata keçirir. İlk geobotaniki tədbir Şahbuz Dövlət Təbiət Qoruğu ərazisindəki Batabat yaylağında keçirilib.
Rəmzi Tahirli