İranın Azərbaycana qarşı təcavüzkar addımları regionda sabitliyə zərbə vurur

A- A A+

Regionda sülhün, sabitliyin və qarşılıqlı hörmət prinsiplərinin qorunması bu gün hər zamankından daha vacibdir. Təəssüf ki, İranın Naxçıvana qarşı təxribat xarakterli hücum cəhdi bu prinsiplərlə ziddiyyət təşkil edir və ikitərəfli münasibətlərə xələl gətirir.

Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban münasibətlərin tərəfdarı olub. Ölkəmizin xarici siyasətinin əsas xətti qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və beynəlxalq hüquqa əsaslanır. Lakin İran tərəfindən atılan təxribat xarakterli addımlar regionda sabitlik və təhlükəsizlik üçün ciddi risk yaradır.

Unutmaq olmaz ki, Azərbaycan müstəqil və suveren dövlətdir və öz milli maraqlarını qorumaq əzmindədir. Heç bir ölkə Azərbaycana qarşı təzyiq və ya təhdid dili ilə danışa bilməz. Dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərinə sadiqdir və eyni yanaşmanı qonşu ölkələrdən də gözləyir.

Regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması üçün dövlətlər qarşılıqlı hörmət və etimad mühitini qorumağa çalışmalıdır. Təxribat xarakterli addımlar isə yalnız gərginliyi artırır və xalqlar arasında münasibətlərə mənfi təsir göstərir. Azərbaycan bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə etməyə, bölgədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.

Azərbaycan cəmiyyəti və dövləti heç vaxt təzyiq və təhdidlər qarşısında geri çəkilməyib və bundan sonra da geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi:

“Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim Dəmir yumruğumuzu görəcək.”

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Təhminə Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: