Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTOLAR

A- A A+

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda "8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə, istedadlı qadınların, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarının rəsm və əl işlərindən, ailə təsərrüfatı məhsullarından, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan ibarət sərgi-satışa baxış keçirilib. 

Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Cəmilə Babayeva çıxış edərək qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynadıqlarını vurğulanıb, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından bəhs edilib və bayram münasibətilə xanımları təbrik ediblər.

Tədbirin davamında muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 24 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunub.

Daha sonra isə tədbir bədii hissə ilə davam edib. Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradıcı kollektivləri, şəhid övladları, Naxçıvan şəhərində fəaliyyət göstərən 7 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və və rəqs nömrələri göstərilib. 

Sonda tədbir iştirakçılarına hədiyyə və gül təqdim olunub. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: