Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən çox gözəl Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.
NUHÇIXAN xəbər verir ki, macar ictimaiyyəti üçün xoş olan bu xəbəri ölkənin insan resursları məsələləri üzrə naziri Mikloş Kaşler elan edib.
Hər il Avropa Komissiyasının müstəqil ekspertlər qrupu iki Avropa mədəniyyəti paytaxtı seçir. Bu, bütün Aİ məkanında mədəni müxtəlifliyi nümayiş etdirmək məqsədilə həyata keçirilir. Digər tərəfdən, Macarıstanla yanaşı, 2023-cü ildə mədəniyyət paytaxtı Böyük Britaniya olmalı idi. Bu qərar hələ Brexit barədə referendumadək qəbul olunmuşdu. Lakin Britaniyanın beş müraciətinin disklafikasiyasından sonra Macarıstan Avropanın mədəniyyət paytaxtının məşəlini aparacaq yeganə dövlət olacaqdır.
Qeyd edək ki, Macarıstanın bu titulla layiq görülən ilk şəhəri 2010-cu ildə Peç olub. Müsabiqədə iştirak şəhərə turist axını nəticəsində böyük gəlirlər gətirib.