Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən NUHÇIXAN-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib.
