Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: