Azərbaycanda cari ilin yanvar-fevral aylarında işəgötürənlər sosial xarakterli ödənişlər olan 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsini gecikdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.
Həmçinin araşdırılmalar zamanı 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
