Culfada yerləşən “Ərəzin II” gəc-gips yatağı hərraca çıxarılıb - FOTOLAR

A- A A+

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, hərraca Culfa rayonu ərazisində yerləşən “Ərəzin II” gəc-gips (sement xammalı) yatağı çıxarılıb. Başlanğıc qiyməti 35 min 68 manat müəyyən edilən hərrac 42 min manatla yekunlaşıb.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: