Naxçıvan MR Həmkarlar İttifaqları Şurası tərəfindən iftar süfrəsi açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 11-də “Duzdağ” Oteldə müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ilk təşkilatları üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.
İftar süfrəsində çıxış edənlər on bir ayın sultanı olan Ramazan ayının fəzilətlərindən danışaraq Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza və dövlətimizə isə sülh və əmin-amanlıq diləyiblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.