İndoneziya səfirinin Naxçıvana səfəri başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin muxtar respublikaya səfəri çərçivəsində Heydər Əliyev Muzeyində və bir sıra istehsal müəssisələrində olub.

Səfir ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı  abidəsinin  önünə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyini  ziyarət edib.                                   

Səfir Ulu öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı eksponatlara baxıb. Ümummilli liderin  ölkəmizin xarici əlaqələrinin inkişafı üçün həyata keçirdiyi tədbirləri əhatə edən sənət və materiallar, müxtəlif görüşlərdə çəkilmiş foroşəkillərlə maraqlanıb. Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb. 

Sonra səfir “Gəmiqaya Mebel Fabriki” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də ,“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Biznes Mərkəzində olub. Ona istehsal müəssisələri barədə geniş məlumat verilib.

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin muxtar respublikaya səfəri bu gün başa çatıb.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: