Avtomobil yollarının yaxınlığında yaşayan uşaqlar ünsiyyət zamanı iki dəfə daha çox çətinlik hiss edirlər. ABŞ-dan olan tədqiqatçılar bu qənaətə gəliblər.
NUHÇIXAN “MedikForum”a istinadla xəbər verir ki, alimlər yüklənmiş avtomobil yollarının yaxınlığında yaşayan uşaqlarda inkişaf zamanı ləngimələrlə qarşılaşmaq riskinin daha yüksək olduğunu sübut ediblər.
Əgər uşaq qələbəlik olan hansısa avtotrasdan azı yarım kilometr məsafədə yaşayırsa, o zaman o, inkişafının ən erkən mərhələsində ünsiyyət bacarıqlarına dair testlərdə iki dəfə aşağı nəticə göstərir. Bu cür yolların yaxınlığında yaşamaq uşağın orqanizminə çirkli hava təsirinin səviyyəsini artırır, bununla bərabər, orqanizmə xırda zərərli hissəciklər daxil olur.
Tədqiqatlar, həmçinin göstərib ki, əgər uşaqlar bu hissəciklərlə hələ ana bətnində olarkən qarşılaşırlarsa, o zaman sonradan onlarda kiçik, lakin yenə də əl və göz arasında əlaqələr, gəzmək və iməkləmək bacarığı kimi hərəkət vərdişlərinin inkişafında yüksək ləngimələr riski müşahidə edilir. Baxmayaraq ki, bu hadisənin əsl səbəbi alimlər tərəfindən müəyyən edilməyib, bu cür uşaqların yaşayış yerləri deməyə əsas verir ki, söhbət məhz çirkli havanın təsirindən gedir.
Maraqlıdır ki, hələ 2013-cü ildə tədqiqatçılar ABŞ əhalisinin beşdəbiri və ya 60 milyon insanın yüklənmiş avtomobil yollarının yaxınlığında yaşamasını hesablayıblar. Onlardan 13,8 milyon nəfəri 18 yaşadək olanlardır. Bundan əvvəlki tədqiqatlarda da hamiləlik zamanı çirkli havanın qəbulu vaxtından əvvəl doğuşlar və ölü uşaq doğulmalarının yüksək riski ilə əlaqələndirilirdi.