Naxçıvan MR daxili işlər naziri general-mayor Süleyman Neymətov Şərurda növbəti vətəndaş qəbulu keçirib - FOTOLAR
Naxçıvan MR daxili işlər naziri general-mayor Süleyman Neymətov Şərur Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib
NUHÇIXAN xəbər verir ki, S.Neymətov əvvəlcə rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra polis idarəsinin inzibati binasında qəbula gələn 44 vətəndaşın müraciəti dinlənilib, onların problemlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Vətəndaş məmnunluğu təmin edilib.