Bəbək rayonunda “Mütaliə aylığı” çərçivəsində tədbir olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” əsərinin müzakirəsi keçirilib.                                           

Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, elan edilən  “Mütaliə aylığı” çərçivəsində nazirlik tərəfindən şagirdlərin mütaliə vərdişləri və oxu mədəniyyətinin yaradılması istiqamətində davamlı işlər həyata keçirilir.

Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı eləcə də “Məktəb hekayələri” kitabı haqqında ümumi məlumat verən Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov qeyd edib ki,  böyük müəllim, görkəmli pedaqoq kimi şöhrət qazanan M. T. Sidqi həm də tanınmış uşaq yazıçısıdır. Onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində mütərəqqi maarifçi ideyalar öz əksini tapıb.

Tədbirdə  həmçinin görkəmli pedaqoqun əsərləri əsasında hazırlanan səhnəciyə də baxış olub.

Sonda şagirdlər “Məktəb hekayələri” əsəri əsasında esse yazıblar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: