Naxçıvanda bayram namazı bu məscidlərdə qılınacaq

A- A A+

Naxçıvan Muxtar Respublikasında Ramazan bayramı namazı martın 20-də saat 09:00-da qılınacaq. 

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov NUHÇIXAN-a bildirib ki, bayram namazı Heydər Məscidi, Sarvanlar, Cümə, Pirqəmiş və Kazım Qara Bəkir Paşa məscidlərində, eləcə də Muxtar Respublikanın rayon məscidlərində qılınacaq.

O həmçinin fitrə zəkatı ilə bağlı tövsiyə verərək bildirib ki, adambaşına 10-15 manat fitrə verilməsi məsləhət görülür. Fitrə ailə üzvlərinin hər biri üçün çıxarılmalı və imkansızlara verilməlidir ki, hər ailə bayram sevincini yaşaya bilsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: