Yardımlıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

A- A A+

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

NUHÇIXAN xəbər verir ki, tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar. Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri 9 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: