Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

A- A A+

Çin Xalq Respublikasının səfiri Lu Mey Azərbaycan Dövlət İnformasiya Agentliyi vasitəsilə xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, diplomat Azərbaycana tərəqqi yolunda daha böyük uğurlar arzulayıb.

“Salam, əziz azərbaycanlı dostlarım!

Mən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Meyəm. Azərbaycan Dövlət İnformasiya Agentliyi vasitəsilə Novruz münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi böyük məmnuniyyətlə ifadə edirəm”.

Çinin səfiri daha sonra Azərbaycan dilində yazıb: “Novruz bayramınız mübarək!”

Diplomat qeyd edib ki, Novruz baharın müjdəçisi, təbiətin, yeni həyatın və ümidlərin təzələnməsi rəmzidir. Bu bayram günlərində azərbaycanlılar ailələri və dostları ilə bir araya gələrək sevinclərini bölüşür, bir-birlərinə sülh və firavanlıq arzulayırlar. Bu, Çin xalqının xoşbəxt həyat arzuları ilə tam uyğun gəlir.

“Fürsətdən istifadə edərək, Azərbaycana milli inkişaf yolunda daha böyük uğurlar arzulayıram. Qoy, dost Azərbaycan xalqı xoşbəxtlik və firavanlıq içində yaşasın. Çin ilə Azərbaycan arasındakı dostluğun əbədi olmasını arzulayıram”, - deyə səfir Lu Mey təbrik mesajını yekunlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: