Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
