Son iki ayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1765 cinayət faktı aşkar edilib

A- A A+

Cari ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Bu barədə NUHÇIXAN-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanıb. Onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kiloqram 896 kiloqram 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kiloqram 668,1 qramını marixuana, 99 kiloqram 071,146 qramını heroin, 32 kiloqram 065,49 qramını tiryək, 41 kiloqram 067,14 qramını həşiş, 6 kiloqram 279,1 qramını digər narkotik vasitələr və 69 kiloqram 745,737 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kiloqram 456, 646 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47 milyon 855 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilib, onlardan 515-i kişi, 14 qadın olub. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşından ümumilikdə 110 kiloqram 798,356 qram müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq- mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kiloqram 764,016 qram narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 32 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kiloqram 240,3 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 244 satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 335 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 319 kiloqram 648,78 qram artıb. Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6, qrup halında olan cinayətlərin sayı 7 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalıb.

2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış heroinin çəkisi 3 kiloqram 892,804 qram (3,8 faiz), tiryəkin çəkisi 753,592 qram (2,3 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 532 kiloqram 668,1 qramın (86,0 faiz) marixuana təşkil edib. Onun da 1 ton 266 kiloqram 809,6 qramı (82,6 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 265 kiloqram 858,5 qramı (17,3 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-cı il yanvarın 30-da qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kiloqram 620,899 qram, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsiredici maddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.

2026-cı ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 120 vətəndaş müraciəti daxil olub ki, onların 13-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 12-si narkotik asılılıqdan müalicə, 95-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 25 məktub ünvanlanıb.

“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

2026-cı ilin müvafiq dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 38 tədbir (23 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: