NUHÇIXAN xəbər verir ki, son günlər yağan intensiv yağışlar, bununla yanaşı, havaların get-gedə qızması nəticəsində Arpaçay dəryaçasına daxil olan suyun səviyyəsi gündən-günə artmaqdadır.
Hazırda göldə suyun həcmi 135 milyon kubmetrdən çoxdur. Bir saniyədə daxil olan suyun həcmi isə 15 kubmetrə qədərdir.
Əkinlərin suvarılması məqsədilə Sağ və Sol sahil kanallarına, həmçinin Arpaçayın yatağına saniyədə 1,5 kubmetr su buraxılır.
Təcrübələr və mövcud göstəricilər belə qənaət yaradır ki, suvarma mövsümündə heç bir problem yaranmayacaqdır.
“Şərurun səsi” qəzeti