Naxçıvan üzümünün şöhrəti özünə qaytarılır

A- A A+

Üzümçülük gəlirli sahələrdən biridir. Muxtar respublikamızda da qədimdən üzümçülük ənənələri inkişaf etdirilir. NUHÇIXAN xəbər verir ki, meyvəçilik və tərəvəzçiliyin inkişafı istiqamətində qəbul olunan Dövlət Proqramları Şərur rayonunda da bu sahənin genişləndirilməsinə və inkişaf etdirilməsinə təkan verib. Bu tədbirlərin davamı olaraq rayonun Danyeri kəndində 10 hektarlıq sahədə 6 hektar üzüm, 4 hektar isə yeni meyvə bağı salınıb. Həmin sahə su ilə təmin edildiyi üçün  suvarma sarıdan heç bir çətinlik olmayacaq. Hal-hazırda mövsümlə əlaqədar olaraq  üzüm bağında bərpa işləri həyata keçirilir, qurumuş tənəklərin yerinə 500-dən artıq üzüm tingi əkilir.

 

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: