Naxçıvanda bayram namazı qılınıb - FOTOLAR
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.
NUHÇIXAN xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Cümə və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub.
Bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.
Namazdan sonra dualar oxunub.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.