Narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
