Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında hərbi hissənin yaranmasının 24-cü ildönümü qeyd olunub

A- A A+

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında hərbi hissənin yaranmasının 24-cü ildönümünə həsr olunmuş mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Briqada komandiri, general-mayor Səlim Niftalıyev hərbi hissənin şəxsi heyətini təbrik edərək bildirib ki, Daxili Qoşunların yüksək döyüş hazırlığına və ciddi nizam-intizama malik hərbi bölmə kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Daxili Qoşunlara göstərdiyi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Daxili Qoşunlar ölkədə sabitliyin və daxili təhlükəsizliyin vacib qarantına çevrilib və bu sahədə qanun tərəfindən müəyyən edilən tapşırıqların öhdəsindən layiqincə gəlir. 24 il əvvəl yaradılmış Daxili Qoşunların Naxçıvan taboru mühüm inkişaf mərhələsi keçərək hərbi hissəyə çevrilib.

Briqada komandiri qeyd edib ki, ötən dövr ərzində hərbi hissənin ərazisində geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, maddi-texniki bazanın yaxşılaşdırılması sahəsində böyük dəyişikliyə nail olunub, hərbi hissə ən müasir silahlar, texnika və radiorabitə sistemi ilə təchiz edilib.

Sonra hərbi hissənin zabiti, kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, generalleytenant Fazil Ələkbərovun  hərbi hissənin yaranma günü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.

Daha sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin və hərbi hissə komandirinin əmri ilə xidməti dövrlərində fərqlənən hərbi qulluqçular vaxtından əvvəl hərbi rütbələrin verilməsi, fəxri fərman, təşəkkür, pul mükafatı və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.

Mərasim şəxsi heyətin təntənəli keçidi, ayrı yerləşən əməliyyat taborunun xüsusi vasitələrin tətbiqi bölməsinin, xüsusi vasitələrin tətbiqi dəstəsinin və xüsusi təyinatlı dəstənin şəxsi heyətinin nümunəvi çıxışları ilə sona çatıb.

Pərviz Hacılı

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: