NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey əməkdaşları üçün seminar-treninq keçirilib.
Tədbirdə nazirliyin baş məsləhətçisi Qumral Əsədova çıxış edərək keçirilən seminar-treninqlərin əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, 2018-ci ildə muxtar respublikanın muzeylərinə 1564 eksponat daxil olub. Bu müddətdə muzeyləri 592 min 683 nəfər tamaşaçı ziyarət edib ki, onlardan da 178 mindən çoxu xarici ölkə vətəndaşı olub. Ötən il muzeylərdə 19 seminar-treninq keçirilib, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilib.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda çıxış edib.
Sonra tədbir iştirakçıları Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxıblar.
Sonda seminar-treninqdə mövzu ilə bağlı muzey əməkdaşlarının sualları cavablandırılıb.
Əli Rzayev