NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Film Fondunun əməkdaşları “Azərbaycan kinosu” mövzusunda “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb.
Görüş zamanı Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Sonra “Azərbaycan kinosu tarixi” mövzusunda Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edib. Çıxış zamanı Azərbaycan kinosunun tarixi, keçdiyi inkişaf yolu haqqında tələbələrə məlumat verilib.
Sonda “Azərbaycan kinosu” ilə bağlı sənədli filmin nümayişi keçirilib.
Seyfur Hacımuradov