Naxçıvan Tibb Kollecində “Mən də proqramçı olmaq istəyirəm” adı altında tədbir olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecinin akt zalında “Mən də proqramçı olmaq istəyirəm” adı altında proqramlaşdırma təlimi keçirilib. Təlimdə 100 nəfər gənc iştirak edib.

Tədbirin əvvəlində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və "Optimal Qrup" MMC-nin direktoru Murad Rüstəmov qeyd ediblər ki, təlimin keçirilməsində məqsəd gənclər arasında proqramlaşdırmaya marağın artırılması, bu sahənin təbliği, gənclərin proqramlaşdırma, alqoritmik düşüncə, müxtəlif proqramlaşdırma dilləri arasındakı fərqlərlə tanış olmaları, bu istiqamətdə fikir mübadiləsinin aparılması və proqramlaşma üzrə ixtisaslaşmaq istəyən gənclərə dəstək göstərilməsindən ibarətdir.

Təlim “Optimal Qrup” MMC-nin proqramlaşdırma üzrə müəllimləri Mehdi Məmmədov və İsmayıl Şirzadov tərəfindən aparılıb. Müxtəlif slaydlar vasitəsilə “Proqramlaşdırma nədir?”, “Proqramlaşdırma bizə nə üçün lazımdır?”, “Günümüzdə proqramlaşdırma dilinə nə kimi tələblər var?”, “Proqramlaşdırmanı öyrəndikdən sonra nə əldə edəcəksiniz?” kimi mövzuları əhatə edən təlim daha sonra müzakirə şəklində davam edib və gənclərin sualları cavablandırılıb.

Tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: