FHN: Su basmış ərazilərdən 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Bu barədə NUHÇIXAN-a FHN-dən bildirilib.
Məlumata görə, tədbirlər nəticəsində 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.