Sədərək kənd sakini pulsuz cərrahi əməliyyat olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada İcbari Tibbi Sığortadan yararlanan daha bir nəfərin üzərində pulsuz cərrahi əməliyyat aparılıb.
İcbari Tibbi Sığorta olunan Sədərək kənd sakini 49 yaşlı Vidadi Rzazadə Sədərək rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib.
O, Sədərək rayon mərkəzi xəstəxanası tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Müayinənin nəticələrinə əsasən xəstənin əməliyyat olunması vacib hesab edilib və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Vidadi Rzazadəyə göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.
Mədinə Rəhimli